“Trendyol” Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində Olimpiya Kolleksiyasını təqdim edib

“Trendyol” Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində Olimpiya Kolleksiyasını təqdim edib
# 02 iyul 2024 13:10 (UTC +04:00)

Türkiyənin aparıcı e-ticarət və dünyanın ən qabaqcıl kommersiya platformalarından biri olan “Trendyol” Paris-2024 Yay Olimpiya Oyunlarına həsr edilmiş Olimpiya Kolleksiyasını təqdim edib.

APA xəbər verir ki, Olimpiya Kolleksiyasına köynəklər, polo köynəkləri, şortlar, donlar, hudilər, beysbol papaqları, panamalar, çimərlik dəsmalları və tote çantaları daxildir. Bu məhsullar “Trendyol” platforması vasitəsilə Türkiyə, Azərbaycan, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Oman, Almaniya, Avstriya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan və Yunanıstanda satışa çıxarılacaq.

İdman həvəskarları bu məhsulları, həmçinin, İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyinin mağazasından və Olimpiya Oyunlarının rəsmi onlayn mağazasından da əldə edə bilərlər. Bütün məhsullar Türkiyənin seçilmiş tədarükçüləri tərəfindən istehsal olunub və Olimpiya simvolları ilə bəzədilib.

“Biz Olimpiya Kolleksiyasını təqdim etməkdən böyük qürur duyuruq. Öz dizaynerlərimiz tərəfindən yaradılan və Türkiyə tədarükçülərinin istehsalı olan yüksək keyfiyyətli bu geniş məhsul çeşidi Türkiyə məhsullarını dünya səhnəsində tanıtmaq məqsədinə xidmət edir”, - deyə “Trendyol Qrup”un prezidenti Çağlayan Çətin bildirib.

Olimpiya Kolleksiyası “Trendyol”un keçən ilin dekabr ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə imzaladığı lisenziya müqaviləsinə əsasən hazırlanıb. Bundan əlavə, “Trendyol” onun strateji investoru olan “Alibaba Group”un Qlobal Olimpiya Tərəfdaşlığı çərçivəsində, BOK-un “Elektron Ticarət Xidmətləri Tərəfdaşı” kimi Türkiyə və Avropa iqtisadi bölgəsində Olimpiya nişanları və təsvirlərindən istifadə etmək hüququnu qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR