Azərbaycanda ötən il inflyasiya 2,6% təşkil edib

Azərbaycanda ötən il inflyasiya 2,6% təşkil edib
# 15 yanvar 2020 12:31 (UTC +04:00)

2019-cu ildə istehlak qiymətləri indeksi 2018-ci ilə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,8%, qeyri-ərzaq malları üzrə 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 2% artıb.

Bu barədə "APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

2019-cu ilin dekabr ayında istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 0,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,1%, qeyri-ərzaq malları və əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 0,1% yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR