Quba sakini dəm qazından zəhərlənib

Quba sakini dəm qazından zəhərlənib
# 01 fevral 2013 06:43 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Yanvar ayının 31-i axşam saatlarında Quba rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Quba şəhər sakini Süleymanov Elçin Mübariz oğlu hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR