Şəmkirdə avtomobil çaya düşüb, 3 nəfər ölüb

Şəmkirdə avtomobil çaya düşüb, 3 nəfər ölüb
# 21 fevral 2013 10:27 (UTC +04:00)

Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün saat 12 radələrində qeydə alınıb. Şəmkir çayı üzərində olan körpüdə ötmə əməliyyatını yerinə yetirmək istəyən “Mercedes” markalı avtomobil “Niva” markalı maşınla toqquşub. Qəza zamanı “Mercedes” çaya düşüb. Avtomobildə olan 3 nəfər dünyasını dəyişib. Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR