Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - FOTO - VİDEO

Bakıda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 iyul 2014 01:47 (UTC +04:00)

APA TV-nın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. 26 yaşlı Vurğun Əliyev “Mercedes” markalı avtomobili Qurban Abbasov küçəsi ilə əks istiqamətdə idarə edib və yol kənarında dayanan başqa “Mercedes”ə çırpıb. Zərbənin gücündən “Mercedes” arxada dayanan və Arzu Nəsibova məxsus BMW markalı avtomobilə dəyib.

Vurulan “Mercedes”in sahibi Vüqar Babayev yüngül xəsarət alıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. İlkin araşdırma nəticəsində müəyyən edilib ki, hadisəyə Vurğun Əliyevin avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR