“Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilir - FOTO

“Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTO
# 22 fevral 2013 08:32 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Milli Məclisdə əlavə və dəyişikliklər edilən “Mədəniyyət haqqında” qanun layihəsi bu sahədə görülən işlərə təkan olacaq. O deyib ki, bu gün işğal altında olan torpaqlarda dağıdılan mədəni irsimizi nəinki qoruya bilmirik, onları heç təhlil də etmək də mümkün deyil. Ə. Qarayev hesab edir ki, mədəni irsin qorunması ilə bağlı dövlət proqramı qəbul olunmalıdır.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev qeyd edib ki, mədəniyyətin inkişafı yeni əsərlərin, pyeslərin yazılması, yeni tamaşaların qoyulmasından ibarət deyil. Onun sözlərinə görə, Azərbaycan mədəni irsinin qorunması üçün hər kəs çalışmalıdır: “Bu gün dünyanın böyük muzeylərində Azərbaycan milli mədəni irsinin nümunələri başqa xalqların, xüsusən ermənilərin, farsların adına yazılır. Bunun qarşısını almaq üçün hər kəs aktiv çalışmalıdır. Bizim bir xüsusiyyətimiz var ki, özümüz dinləyirik, özümüzü tərifləyirik, özümüzə heyranlıqla qulaq asırıq. Halbuki, biz bunu kənardakılardan eşitməliyik”.

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bildirib ki, konsepsiya ilə təkcə Mədəniyyət Nazirliyi yox, ümumilikdə AMEA, eləcə də ali məktəblər, elmi tədqiqatla məşğul olan qurumlar məşğul olmalıdır. Onun sözlərinə görə, mədəni irs nümunələri ölkəyə gələn turistlər üçün tərcümə edilməlidir: “Burada dil tərcüməsindən söhbət getmir. Biz mədəni abidəni elə tərzdə təbliğ etməliyik ki, Azərbaycana gələn qonaqlar üçün maraqlı olsun”.

Konfransda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, müvafiq icra hakimiyyəti orqanlarının, Milli Elmlər Akademiyasının, elmi-tədqiqat institutlarının, ali məktəblərin, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR