Avropa Azərbaycan Cəmiyyəti Qarabağ atları haqqında sənədli film hazırlayır-FOTO

Avropa Azərbaycan Cəmiyyəti Qarabağ atları haqqında sənədli film hazırlayır-<font color=red>FOTO</font>
# 16 may 2012 08:05 (UTC +04:00)
Cəmiyyətdən APA-ya verilən məlumata görə, filmdə Azərbaycanın məşhur Qarabağ atları barədə tarixi faktlara, xalq yaradıcılığında əksini tapan nüanslara yer verilib.

Filmdə Qarabağ atlarının cıdır “məharəti”, bu atların yarışlarda istifadəsi və s barədə də maraqlı faktlar var.

Azərbaycanın məşhur çaparlarının və onların davamçılarının fikirlərinin də yer aldığı sənədli film üçün Böyük Britaniyada keçirilmiş ənənəvi Royal Vindsor At Şousundan da maraqlı və eksklüziv görüntülər çəkilib.

Bütün dünyanın maraq göstərdiyi və izlədiyi bu şouda Qarabağ atları da meydana çıxıb.

Avropa Azərbaycan Cəmiyyətinin də dəstəyi ilə şouya gətirilmiş Qarabağ atlarının Ulyahəzrət Kraliça II Yelizavetanın izlədiyi şouda maraqlı nümayişləri olub.

Diqqət çəkən məqamlardan biri isə 1956-cı ildə Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Kraliça II Yelizavetaya göndərilən “Zaman” adı verilmiş Qarabağ atını ona azərbaycanlı çapar Əli Tağıyevin aparmasıdır.

Bu il keçirilmiş şouda isə Qarabağ atlarından birini Azərbaycanın təmsilçisi kimi Əli Tağıyevin nəvəsi Camal Tağıyev idarə edib.

Tezliklə Azərbaycan və dünya tamaşaçısı bu məqamın, həmçinin digər maraqlı fakt və görüntülərin yer aldığı sənərli filmi izləyə biləcək. Bu film Qarabağ atlarının məharətlərini əks etdirən görüntülər, həmçinin tarixi barədə maraqlı faktlarla zəngindir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR