Bəstəkarlar İttifaqında Əbülfəs Qarayevlə görüş keçirilib

Bəstəkarlar İttifaqında Əbülfəs Qarayevlə görüş keçirilib
# 29 fevral 2012 12:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik etdiyi təşkilata göstərdiyi dəstək və yardıma görə nazir Əbülfəs Qarayevə minnətdarlığını bildirib. Görüşdə respublikanın tanınmış bəstəkarları və musiqişünasları onları narahat edən məsələlərlə bağlı suallarla nazirə müraciət ediblər.
Görüşdə bəstəkarların mənzillə təmin edilməsindəki çətinliklər, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınan əsərlərə görə bəstəkarlara ödənilən qonorarın məbləğinin qaneedici olmaması, Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçiriləcək konsertlərdə iştirak edən musiqiçilərin həvəsləndirilməsi, Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən «Contempo» ansamblının və «Oazis» simli kvartetinin fəaliyyətinin stimullaşdırılması, həmçinin «İpək Yolu» Beynəlxalq Musiqi Festivalının gələcəkdə maliyyələşdirilməsi və digər məsələlər qarşılıqlı diskussiya şəklində müzakirə olunub.

Ə.Qarayev görüşdə çıxış edərək, Bəstəkarlar İttifaqının fəaliyyətinə uğurlar arzulayıb və iclas iştirakçılarını təşkilatın gələcək fəaliyyətində rəhbərlik etdiyi nazirlik tərəfindən hər cür dəstəyin olacağına əmin edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR