İsrailin Azərbaycandakı səfirliyi adi rejimdə fəaliyyətini davam etdirir

İsrailin Azərbaycandakı səfirliyi adi rejimdə fəaliyyətini davam etdirir
# 13 fevral 2012 14:00 (UTC +04:00)
Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Səfirlik öz iş qrafikini dəyişməyib və müvafiq təhlükəsizlik tədbirlərinə riayət edərək fəaliyyət göstərir.

Xatırladaq ki, bu gün İsrailin Hindistandakı səfirliyinin əməkdaşlarına qarşı terror aktı törədilib. Səfirliyə məxsus avtomobillərdən birinə yerləşdirilən bombanın partlaması nəticəsində 2 nəfər yaralanıb. İsrailin Gürcüstandakı səfirliyinə məxsus bir avtomobildə də bomba aşkarlanıb. Bomba partlamadan zərərsizləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR