Bank Of Baku

GTA VI-nın təqdimatı ərəfəsində “PlayStation” sistemində dünya üzrə nasazlıqlar yaranıb

GTA VI-nın təqdimatı ərəfəsində “PlayStation” sistemində dünya üzrə nasazlıqlar yaranıb
# 19 noyabr 2026 00:12 (UTC +04:00)

Dünyanın müxtəlif ölkələrində “PlayStation” oyun platformasının fəaliyyətində problemlər qeydə alınıb.

APA xəbər verir ki, noyabrın 18-də istifadəçilər hesablara daxil olmaq, serverlərə qoşulmaq, oyunları yükləmək və yeniləmək zamanı çətinliklərlə üzləşiblər.

Rəsmi məlumata görə, nasazlıq “Game Streaming” xidmətinə də təsir göstərib. Problemlərlə bağlı ABŞ, Fransa, Almaniya, İsveç, Polşa və Braziliya da daxil olmaqla 36 ölkədən şikayətlər daxil olub.

Nasazlığın GTA VI oyununun təqdimatı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Milyonlarla oyunçunun eyni vaxtda “PlayStation” xidmətlərinə qoşulmağa çalışmasının serverlərə əlavə yük yaratdığı düşünülür.

Lakin “Sony” problemin konkret səbəbini açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR