“Temenos” şirkəti ilin sonunadək Azərbaycanda filial açacaq
14 iyul 2008 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. İsveçin “Temenos” şirkəti 2008-ci ilin sonuna kimi Bakıda filialını açmaq niyyətindədir. “APA-Economics”in məlumatına görə, bunu Bakıda səfər olan “Temenos” şirkətinin MDB və Baltikyanı ölkələr üzrə direktoru Sergey Metelskiy bildirib.
S.Metelskinin sözlərinə görə, şirkət dünyanın müxtəlif bölgələrində filialın açılması üçün seçim aparan zaman həmin regionda “T24” proqram təminatının tətbiqinə dair ən azı 3 bankla müqaviləsinin olması amilinə diqqət yetirir. “Biz indiyədək Azərbaycan Milli Bankı, “Bank Standard”, “Texnikabank” və “AGBank”la proqram təminatı üzrə müqavilələr imzalamışıq. Hazırda isə öu proqramın alınmasına dair daha 3-4 bankla danışıqlar aparılır və bunların əksəriyyəti ilə sazişin imzlanacağı gözlənilir. Bu baxımdan şirkətin Azərbaycanda filial açması məqsədəuyğundur”, - deyə S.Metelskiy bildirib.
Qeyd edək ki, S.Metelskiy “T24” proqramının qiyməti ilə bağlı açıqlama verməyib və bu proqramın Azərbaycan baklarına ucuz başa gəlmədiyini vurğulayıb.

Maliyyə
Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13% artıb
12:49
11 may 2024
PAŞA Sığorta Azərbaycanın ilk qadın Avropa çempionunu təbrik edib
18:31
10 may 2024
AccessBank Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib
16:46
10 may 2024
PAŞA Sığorta məktəblilərə özəl sağlamlıq sığortası məhsulunu təqdim edir
15:58
10 may 2024