Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər

Azərbaycan hərbçiləri NATO-nun təlimlərində iştirak edirlər
# 14 aprel 2008 08:00 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində Tiflis şəhərində (Gürcüstan) “İmmediate Response-2008” təliminin Yekun Planlaşdırma konfransı (14 -19 aprel), Lvov şəhərində (Ukrayna) “Sea Breaze-2008” təliminin Əsas Planlaşdırma Konfransı (14 -18 aprel), Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “Tərəfdaş ölkələrin qərargah zabitləri üçün tanışlıq kursu” (14 -24 aprel), Bakı şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən “Beynəlxalq humanitar hüquq üzrə təlim” kursu (14 -18 aprel) keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR