Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər - FOTO

Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər - <span style="color: red;">FOTO
# 26 aprel 2014 10:41 (UTC +04:00)


Bakı-APA. Bu gün Azərbaycan respublikası prokurorluq orqanlarının əməkdaşları Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə növbəti ağacəkmə kampaniyası keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kampaniya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə baş tutub.

Tədbir çərçivəsində Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu avtomagistralının Suraxanı rayonu ərazisindən keçən hissəsində 2 hektar ərazidə min beş yüzdən artıq Eldar şamı ağacları əkilib. Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR