CNN: İsrail Suriyanın hərbi bazasına hava zərbəsi endirib

CNN: İsrail Suriyanın hərbi bazasına hava zərbəsi endirib
# 31 oktyabr 2013 22:55 (UTC +04:00)

Bakı-APA. İsrailin döyüş təyyarələri Suriyanın Latakiya şəhəri yaxınlığında yerləşən hərbi bazasına zərbələr endirib. APA-nın məlumatına görə, bu barədə bu gün CNN telekanalı ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Suriya ordusundakı mənbə bundan əvvəl bildirmişdi ki, oktyabrın 31-i səhər saatlarında Latakiya və Cable şəhərləri arasında yerləşən hərbi bazaya hücum törədilib. Qeyd olunan hərbi bazada Rusiya istehsalı havadan müdafiə komplekslərinin olduğu bildirilir. Raketlərin saxlanıldığı hərbi bazada baş vermiş partlayış barədə İsrail mətbuatı da xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR