Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib
# 14 mart 2014 14:52 (UTC +04:00)

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 104 nömrəli qərarında müvafiq dəyişikliklərin edilməsinə qədər respublikadaxili yük daşımalarında avtonəqliyyat vasitələrinin ümumi kütləsi üzrə Azərbaycan Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq aşağıda göstərilən hədlərin tətbiqi müəyyən edilib.

İkioxlu yük avtonəqliyyat vasitəsi üçün yük 18 ton, üçoxlu yük avtonəqliyyat vasitəsi üçün 30 ton, pnevmatik avadanlıqlarla təchiz olunmuş avtonəqliyyat vasitəsi üçün 27 ton, dördoxlu yük avtonəqliyyat vasitəsi üçü 40 ton, beşoxlu yük avtonəqliyyat vasitəsi üçün isə 44 ton müəyyənləşib.

Sürücülərdən yükdaşıma qaydalarına ciddi riayət etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR