Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək
# 09 dekabr 2013 08:38 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabr 16-da Şəkidəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edəcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağam rayonlarından olan vətəndaşlar qəbulda iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-55-21 nömrəli telefon vasitəsilə qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR