İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması yanvarın 20-dən icraya yönələcək

İranla “altılıq” ölkələri arasındakı nüvə razılaşması yanvarın 20-dən icraya yönələcək
# 03 yanvar 2014 11:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə məsələsində Cenevrədə əldə olunmuş razılaşmaya uyğun olaraq birgə fəaliyyət planı yanvarın 20-dən icraya yönələcək.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad bildirib.

Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında ekspertlər səviyyəsində Cenevrədə keçirilmiş son nüvə müzakirələri zamanı razılığa gəlinib: “Bu tarix üst səviyyəli səlahiyyətlilər tərəfindən də təsdiqlənməlidir. Hər halda mütəxəssislər yanvarın 20-ni təklif ediblər. Ancaq bu tarixin daha sonraya da salınması mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR