Ramil Usubov: “Azərbaycanda ordu quruculuğunda, Daxili Qoşunların formalaşmasında Türkiyənin böyük zəhməti var”

Ramil Usubov: “Azərbaycanda ordu quruculuğunda, Daxili Qoşunların formalaşmasında Türkiyənin böyük zəhməti var”
# 26 may 2014 13:07 (UTC +04:00)

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Efkan Alan Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra R. Usubov E. Alanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. R. Usubov türkiyəli həmkarını yeni təyinat münasibətilə təbrik edib və birinci xarici səfərini məhz Azərbaycana etdiyinə görə ona təşəkkürünü bildirib. Daxili işlər naziri Ramil Usubov rəhbərlik etdiyi qurumun qardaş Türkiyənin hüquq-mühafizə orqanları ilə münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyini bildirib. O, ölkəmizdə ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə tərəfinin böyük zəhməti olduğunu xüsusi vurğulayıb və bu səfərin də birgə əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin daxili işlər naziri Efkan Alan rəsmi dəvətə, təbrikə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, dost və qardaş ölkələrimizin dünyada və bölgədə daimi sülhün bərqərar edilməsi, əmin-amanlığa və sabitliyin yaradılmasına ciddi əngəl olan qlobal problemlərə, o cümlədən mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı hər zaman vahid mövqedən və birgə səylərlə çıxış etmələrindən, Azərbaycanın sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. Qonaq iki ölkənin Daxili İşlər nazirlikləri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş, bu məqsədlə öz səylərini əsirgəməyəcəyini nəzərə çatdırıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR