Xoyski prospektində piyada keçidinin inşası 2 ay davam edəcək - FOTO

Xoyski prospektində piyada keçidinin inşası 2 ay davam edəcək - <span style="color: red;">FOTO
# 07 aprel 2014 09:26 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyada keçidinin tikintisi ilə əlaqədar daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Fətəli xan Xoyski prospektində (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısı) piyada keçidinin inşası ilə əlaqədar olaraq Koroğlu Rəhimov küçəsi ilə kəsişmə istiqamətində, yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Yolun həmin hissəsində tikinti işləri 2 ay müddətində davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR