"Qalatasaray" Madriddə "Real"a böyük hesabla məğlub olub

"Qalatasaray" Madriddə "Real"a böyük hesabla məğlub olub
# 28 noyabr 2013 01:17 (UTC +04:00)

Bakı-APA. UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, oyunlar A, B, C və D qruplarında keçirilib.


Azarkeşlərimiz üçün böyük maraq kəsb edən görüş B qrupunda baş tutub. Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə “Real”ın qonağı olub. İlk oyunda Madrid təmsilçisinə 1:6 hesabı ilə məğlub olan İstanbul təmsilçisi bu dəfə qapısında 4 qol görüb.

Qrupun digər görüşü də maraqlı keçib. “Yuventus” doğma azarkeşləri qarşısında “Kopenhagen”i qəbul edib. Turin təmsilçisi rəqibinə 3:1 hesabı ilə qalib gəlib.



A qrupu

"Bayer" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:5
Valensiya, 22, Smallinq, 30, 77, Evans, 66, Nani, 88

"Şaxtyor" (Ukrayna) – "Real Sosyedad" (İspaniya) 4:0
Adriano, 37, Teyxeyra, 48, Kosta, 68, 87



B qrupu

“Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə) 4:1
Beyl, 37, Arbeloa, 51, Di Maria, 63, İsko, 81 - Umut Bulut, 38
Qırmızı vərəqə: Ramos, 26 (Real)

“Yuventus” (İtaliya) – “Kopenhagen” (Danimarka) - 3:1
Vidal, 29, 61 (pen), 63 - Mellberq, 65



C qrupu

“Anderlext” (Belçika) - “Benfika” (Portuqaliya) 2:3
Manquli, 18, Bruno, 76 - Matiç, 34, Manquli, 52 (avtoqol), Rodriqo, 90

PSJ (Fransa) – “Olimpiakos” (Yunanıstan) 2:1
İbrahimoviç, 7, kavani, 90 - Manolas, 80
Qırmızı vərəqə: Verratti, 46 (PSJ)


D qrupu

MOİK (Rusiya) - “Bavariya” (Almaniya) 1:3
Honda, 61 (pen) - Robben, 17, Qötze, 56, T. Müller, 65 (pen)

“Mançester Siti” (İngiltərə) – "Viktoriya" (Çexiya) 4:2
Aqüero, 33 (pen), Nəsri, 65, Neqredo, 79 - Horava, 43, Tecl, 69


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR