Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda ittiham olunan direktoru və digər vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı Dövlət Sosial İqtisad Kollecinin rüşvətxorluqda ittiham olunan direktoru və digər vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib
# 08 noyabr 2013 11:44 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin Bakı Dövlət Sosial İqtisad Kollecinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Kollecin direktoru Mübariz Mahmudovun qiyabi şöbənin müdiri İlqar Əzizov, həmin şöbənin sabiq müdiri Əlixan Ağamirzəyev, şöbənin metodisti Şahin Mirzəmətov və sürücüsü Rafiq Yunusov ilə qabaqcadan əlbir olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar kollecin tələbələrindən onlara xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 94 min 340 manat məbləğində rüşvət almasında, eləcə də öz qulluq mövqeyindən istifadə etməklə işçilərə veriləcək əmək haqqını nağdlaşdırıb götürməklə 6 min manat məbləğində pulu, həmçinin qabaqcadan əlbir olduğu “Turan X” MMC-nin direktoru Əliqulu Sadıqovla birlikdə onlara etibar edilmiş 20 min manat dəyərində əmlakı mənimsəmə və israf etmə yolu ilə talamasında, habelə kollecin baş mühasibi İranə Quliyeva ilə birlikdə 3 min manat məbləğində xeyli miqdar təşkil edən vergiləri ödəməkdən yayınmaqla yanaşı, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməsində şübhələr üçün əsaslar olduğundan Mübariz Mahmudova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 311.3.1, 311.3.3, 311.3.4 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), İlqar Əzizov, Şahin Mirzəmətov və Əlixan Ağamirzəyevə həmin məcəllənin 311.3.1, 311.3.3, 311.3.4-cü, Rafiq Yunusova 32.5, 311.3.1-ci, Əliqulu Sadıqova 179.3.2 və 313-cü, İranə Quliyevaya isə 213.1 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR