Kerri: "ABŞ İrana qarşı təzyiqləri davam etdirəcək"

Kerri: "ABŞ İrana qarşı təzyiqləri davam etdirəcək"
# 07 sentyabr 2013 01:57 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ növbəti dəfə Yaponiyanı İrana qarşı neft sanksiyalarından azad edib. APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə ABŞ dövlət katibi Con Kerrinin sentyabrın 6-da yaydığı bəyanatda bildirilir.

Xəbərdə qeyd olunur ki, ABŞ hökuməti bu addımı rəsmi Tokionun Tehrandan xam neft idxalını azaltdığına görə atıb.

Məlumatda həmçinin rəsmi Vaşinqtonun Avropanın 10 ölkəsini İrana qarşı neft sanksiyalarından 180 gün müddətinə azad edəcəyi qeyd olunub. Bunlar Belçika, Çexiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və Böyük Britaniyadır.

“Bu gün 20 ölkə İrandan neft idxalını davamlı şəkildə azaldır. Biz İrana təzyiqlərimizi davam etdirəcəyik. Eyni zamanda İranın beynəlxalq öhdəliklərinə əməl etməsi üçün bu ölkəyə təzyiq göstərmələri məqsədilə müttəfiqlərimizlə davamlı işləyəcəyik. ABŞ və dünya ictimaiyyəti İranın nüvə məsələsi öz həllini tapmayanadək bu ölkəyə qarşı təzyiqlərini davam etdirəcəkl”, - deyə Kerrinin bəyanatında vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR