Bakıda liftdə qalmış iki nəfər xilas edilib

Bakıda liftdə qalmış iki nəfər xilas edilib
# 28 sentyabr 2013 04:01 (UTC +04:00)

Bakı-APA. Bakının Xətai rayonunda 9 mərtəbəli yaşayış binasının liftində 2 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 6-cı mərtəbədə dayanıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və zərərçəkmişlərin liftdən çıxmasına şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR