Azərbaycanda gələn il torpaq və əmlak vergisi üzrə büdcə daxilolmaları artacaq

 Azərbaycanda gələn il torpaq və əmlak vergisi üzrə büdcə daxilolmaları artacaq
# 10 oktyabr 2013 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda 2014-cü ildə dövlət büdcəsinə əmlak vergisi şəklində 132,0 mln. manatın daxil olacağı proqnozlaşdırılır. «APA-Economics»in xəbər verdiyi kimi, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Bu, 2012-ci ilin faktiki nəticəsi ilə müqayisədə 26,9 mln. manat və ya 25,6%, 2013-cü ilin proqnozu ilə müqayisədə isə 16,0 mln. manat və ya 13,8% çoxdur.

Həmçinin, gələn il üçün torpaq vergisi kimi büdcə daxilolmaları 48,0 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2013-cü ilin analoji proqnozu ilə müqayisədə 17,0 mln. manat və ya 54,8% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR