İŞİD İraqın Balad şəhərindəki ziyarətgaha hücum edib: 35 nəfər ölüb, 60 nəfər yaralanıb

İŞİD İraqın Balad şəhərindəki ziyarətgaha hücum edib: 35 nəfər ölüb, 60 nəfər yaralanıb
# 08 iyul 2016 04:18 (UTC +04:00)

Bakı-APA. İraqın Balad şəhərində silsilə partlayışlar və atışma nəticəsində 35 nəfər ölüb, azı 60 nəfər yaralanıb.

APA-nın “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, Balad şəhərində yerləşən ziyarətgah ötən gecə terror hücumuna məruz qalıb. Terrorçu-kamikadzelərdən biri ziyarətgahın girişində, müqəddəs məkanı qoruyan polislərin qarşısında özünü partladıb. Doqquz silahlı ilə müşayiət olunan ikinci terrorçu-kamikadze ziyarətgaha daxil ola bilib. Bundan başqa, türbənin ərazisi raket zərbələrinə məruz qalıb.

Azı bir terrorçu-kamikadzenin məhv edildiyi bildirilir.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR