Bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib
# 07 dekabr 2012 16:31 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, "Volcano Turizm Agentliyi", "Bakı Turizm Ekskursiya", "DETOUR" MMC, "Sport Luxury" MMC, "Nur Travel" MMC, "Atropatena Travel" MMC-yə lisenziyalar təqdim edilib.

Azərbaycan prezidentinin 2002-ci il tarixli, 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 5.4.1. bəndini rəhbər tutaraq Bakıda fəaliyyət göstərən "Fly Travel" MMC-nin filialına turizm fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR