Vyana hava limanında 50-yə yaxın uçuş ləğv edilib

Vyana hava limanında 50-yə yaxın uçuş ləğv edilib
# 29 avqust 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Vyananın “Şvehat” beynəlxalaq hava limanında 50-dək uçuş təxirə salınıb və yaxud ləğv edilib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Avropa ölkələrində hava nəqliyyatının hərəkətinə nəzarət edən “Avronəzarət”-lə Avstriyanın müvafiq təşkilatı arasında yaranan texniki problem olub.


Avqustun 28-də tək “Avstriya hava yolları” aviaşirkətinin 30 aviareysi ləğv edilib. Bundan əlavə İsveçrənin SWISS, Almaniyanın “Lufthansa”, “Germanwings” , “Eurowings”, İspaniyanın “İberiya” və bir sıra digər aviaşirkətlərin Vyanadan uçuşları təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR