“Xəzər" TV-nin yeni binasının açılışı olub

“Xəzər" TV-nin yeni binasının açılışı olub
# 30 dekabr 2015 12:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün “Xəzər" TV-nin yeni inzibati binasının açılışı olub.


APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, KİV rəhbərləri iştirak ediblər.



“Xəzər" TV-nin Xətai rayonunda yerləşən inzibati binasında ümumilikdə 265 otaq var. Binada sahəsi 1000 kv.m olan böyük şou studiyası, 3 efir studiyası, 2 avtodayanacaq, Xəzər-Media Təlim Mərkəzi, jurnalistlərin övladları üçün uşaq bağçası, tibb otağı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR