Səudiyyə Ərəbistanında məsciddə açılan atəş nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB - VİDEO

 Səudiyyə Ərəbistanında məsciddə açılan atəş nəticəsində 5 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2015 00:15 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında baş verən qanlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Sayhat şəhərində qeydə alınıb.

Terrorçu dindarlara Kalaşnikov avtomatından atəş açıb.

Qeyd olunur ki, insident dini mərkəzin önündəki buraxılış məntəqəsində baş verib. Polis hücumda iştirakda şübhəli bilinən 2 nəfəri həbs edib.

***

02:58

Bakı – APA. Səudiyyə Ərəbistanının şərqində şiə məscidində açılan atəş nəticəsində 5 nəfər ölüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Sənədlərinin yoxlanılması üçün saxlanılan təxminən 20 yaşlı gənc qəflətən atəş açıb. Onun dərhal asayiş keşikçiləri tərəfindən öldürüldüyü bildirilir. Cinayətin motivi hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR