Vəkili Mehman Səlimova bəraət istəyib

Vəkili Mehman Səlimova bəraət istəyib
# 15 aprel 2016 10:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə M. Səlimovun vəkili çıxış edib. O, bildirib ki, M. Səlimovun pul mənimsəməsi sübuta yetirilməyib, bütün sübutlar ziddiyyətlidir. Vəkil M. Səlimovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək, M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR