ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, ölənlər var
# 13 iyun 2016 23:18 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Rokvil şəhəri yaxınlığında (İndiana ştatı) “Cessna 150” yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər ölüb.

Təyyarə havaya qalxandan qısa müddət sonra yerə düşüb. Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR