"Bakı Univermağı"nın səhmləri ləğv edilir

"Bakı Univermağı"nın səhmləri ləğv edilir
# 27 fevral 2016 06:57 (UTC +04:00)

Bakı - APA-Economics. "Bakı Univermağı" ASC-nin qiymətli kağızları dövriyyədən çıxarılaraq ləğv edilir. "APA-Economics" xəbər verir ki, bu barədə ASC-nin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, buna səbəb ASC-nin ləğv edilməsidir.

Qiymətli kağızların nominal dəyəri 2 manat, sayı isə 366 098 ədəddir.

"Səhmdarların səhmlərinə düşən ləğvetmə paylarının ödənilməsi ləğvetmə balansına əsasən həyata keçiriləcək", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR