Dərbənddə Azərbaycana dəstək aksiyası keçirilib

Dərbənddə Azərbaycana dəstək aksiyası keçirilib
# 15 aprel 2016 17:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerli sakinlər tərəfindən aksiya keçirilib.

APA-nın məlumatına görə, Dərbənd şəhərində yaşayan azərbaycanlılar tərəfindən təşkil olunmuş aksiya, son zamanlar Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində yaranmış gərginliklə bağlı olub. Tədbirdə Azərbaycan torpaqlarının erməni işğalçılarından azad edilməsi istiqamətində ölkəmizə dəstək məqsədi ilə şüarlar səsləndirilib.

Dağıstanda yaşayan azərbaycanlılar adından çıxış edənlər həmrəylik nümayiş etdirərək hər zaman Azərbaycana köməyə hazır olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR