Türkiyənin Rusiya və ABŞ-dakı səfirləri Ankaraya çağrılıblar

Türkiyənin Rusiya və ABŞ-dakı səfirləri Ankaraya çağrılıblar
# 14 oktyabr 2015 12:11 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Rusiyadakı səfirlərini Ankaraya çağırıb. APA-nın məlumatına görə, bu barədə “RIA Novosti” diplomatik mənbəyə istinadən yazıb. Bildirilir ki, Türkiyə hökuməti rəsmi Moskva və Vaşinqtonun Suriya kürdlərinə dəstək verdiyini düşünür. ABŞ-ın Türkiyədəki səfiri Con Bass və Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov daha öncə Türkiyə hökuməti tərəfindən Kürd Demokratik İttifaqına dəstəyin qəbuledilməz olduğu barədə xəbərdar olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR