Azərbaycan nümayəndə heyəti BMT-nin yüksək səviyyəli görüşündə iştirak edəcək

Azərbaycan nümayəndə heyəti BMT-nin yüksək səviyyəli görüşündə iştirak edəcək
# 12 dekabr 2015 07:24 (UTC +04:00)

Bakı – APA. 16-17 dekabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun ”Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda 8-ci yüksək səviyyəli görüşü keçiriləcək.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR