Ziya Yusif-zadə II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Ziya Yusif-zadə II Fəxri xiyabanda dəfn olunub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 12:42 (UTC +04:00)

APA-nın məlumatına görə, vida mərasiminin ardınca Z. Yusif-zadə II Fəxri xiyabanda torpağa tapşırılıb.

***

saat 14.54

Bakı. Hafiz Heydərov - APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusif-zadə ilə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, vida mərasimində MTN-in rəhbərliyi, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və başqa dövlət və hökumət nümayəndələri iştirak edirlər.

Mərhumun sabiq iş yoldaşları vida mərasimində çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Ziya Yusif-zadənin fəaliyyətində hər zaman fərqləndiyini, işinin peşəkarı olduğunu bildiriblər.

Mərhum bu gün II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Ziya Yusif-zadə 1972-1976-cı illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini, 1980-1988-ci illərdə isə DTK-nın sədri vəzifəsində çalışıb.

1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

1999-cu ildə Heydər Əliyevin Sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq, MTN-in Akademiyasına rəis təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Bayrağı" (2004) və "Şöhrət" ordenləri (2009) ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR