Bakı. Hafiz Heydərov – APA. Gəncədə avtomobil oğurluğu ilə məşğul olan qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 26-dan dekabrın 9-dək olan müddətdə Gəncə şəhər sakinləri R. Niftəliyevə, Z. Rəcəbova, A. Əzizova, V. Əliyevə, E. Kərimliyə və E. Ağaxanova məxsus “VAZ” markalı avtomobilləri qaçırmış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Osman Həsənov, Məcid Sultanov və Samid Mirzəpur tutulublar, daha bir nəfər isə müəyyən edilib.