Xəzəryanı ölkələr dənizin hüquqi statusuna dair Konvensiya üzərində işi tezliklə yekunlaşdırmaq niyyətindədir

Xəzəryanı ölkələr dənizin hüquqi statusuna dair Konvensiya üzərində işi tezliklə yekunlaşdırmaq niyyətindədir
# 18 dekabr 2012 11:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsinin hazırlanması üzrə xüsusi işçi qrupun Aşqabadda keçirilmiş iclasının yekununda bəyanat qəbul olunub. APA-nın məlumatına görə, sahilyanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclasdan sonra tərəflər Konvensiyanın yekun mətni üzərində işin tezliklə başa çatdırılmasında maraqlı olduqlarını bəyan ediblər.

İclas iştirakçıları qeyd edib ki, məsələnin birgə müzakirəsi tərəflərin mövqelərini maksimum yaxınlaşdırmağa və konsensus axtarmaq məqsədilə konstruktiv əməkdaşlıq qurmağa imkan verir: “Xəzər hövzəsi – strateji regiondur, bu bölgənin sülh, stabillik və təhlükəsizlik şəraitində inkişafı bütün sahilyanı ölkələrin uzunmüddətli maraqlarına cavab verir”.

Türkmənistan digər ölkələri Xəzəryanı dövlətlərin hidrometeorologiya sahəsində əməkdaşlıq Sazişi üzərində işi yekunlaşdırmağa və bu sənədi 2013-cü ilin payızında keçiriləcək Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 18-ci sessiyasında imzalamaq üçün hazır etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR