Ramil Usubov sıra baxışı keçirəcək

Ramil Usubov sıra baxışı keçirəcək
# 05 noyabr 2015 14:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən dekabrın 10-da Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Çevik Polis Alayında sıra baxışı keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sıra baxışında yalnız Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 25 arasında, boyu175 santimetr və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Müsabiqəyə Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan post-patrul xidməti nizami hissələri üzrə 135 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda asayiş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq. Xarici dilbilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR