S&P "Azərbaycan Dəmir Yolları"nın uzunmüddətli kredit reytinqini endirib

S&P "Azərbaycan Dəmir Yolları"nın uzunmüddətli kredit reytinqini endirib
# 14 dekabr 2015 07:34 (UTC +04:00)

Bakı - APA-Economics. "Standard & Poor`s" (S&P) beynəlxalq agentliyi "Azərbaycan Dəmir Yolları" QSC-nin uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsindən "BB-" səviyyəsinədək endirib.

"APA-Economics"in xəbərinə görə, bu barədə agentliyin saytında yer alan məlumatda deyilir.

Reytinq üzrə proqnoz "neqativ"dir.

"Noyabr ayının sonunda "Azərbaycan Dəmir Yolları" QSC iri kreditlərdən biri üzrə ödənişini 3 günlük gecikdirib. Bu, hansısa bürokratik prosedurlarla bağlıdır. Bu səbəbdən biz Azərbaycan hökuməti ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin əlaqələrini "güclü" səviyyəsindən "çox güclü"yə qaldırdıq. Bundan başqa, hökumətin QSC-yə dərhal yardım etməsi ilə bağlı ehtimal "yüksək" səviyyəsindən "çox yüksəyə"dək artıb". QSC-nin hökumət üçün əhəmiyyəti olduqca böyükdür", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR