“Lester” İngiltərə Liqa kubokunda məğlubiyyətdən qaçıb

“Lester” İngiltərə Liqa kubokunda məğlubiyyətdən qaçıb
# 09 yanvar 2020 02:41 (UTC +04:00)

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin ilk qarşılaşmaları başa çatıb.

Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə “Lester” “Aston Villa”nı qəbul edib.

Görüşdə hesabı qonaqlar açıblar. Lakin meydan sahibləri ikinci hissədən vurulan qolla məğlubiyyətdən qaça biliblər. Premyer Liqa təmsilçiləri arasında cavab matçı yanvarın 28-də baş tutacaq.

Qeyd edək ki, yarımfinalın digər cütünün bir gün öncə baş tutan ilk oyununda “Mançester Siti” səfərdə “Mançester Yunayted”ə 3:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab matçı yanvarın 29-da keçiriləcək.

İngiltərə Liqa kuboku
Yarımfinal, ilk oyun
8 yanvar
“Lester” – “Aston Villa” – 1:1

İheanaço, 74 – Jilbert, 28

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR