Neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib

Neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib
# 24 dekabr 2016 07:57 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar artaraq 53,02 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 55,16 dollar olub.

Bununla da neftin qiyməti 52 həftəlik maksimumu yeniləyib. Belə ki, sonuncu dəfə 2015-ci ilin iyulunda “qara qızıl”ın qiyməti bu həddə olub.

Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması xəbərindən sonra ucuzlaşan “qara qızıl”ın sonradan bahalaşmasına səbəb kimi OPEC ölkələrinin hasilatın müəyyən səviyyədə dondurulması ilə bağlı qərarı göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR