Polşa baş nazirinin müavini: “Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”

Polşa baş nazirinin müavini: “Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”
# 02 iyun 2015 07:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin (“Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Polşa baş nazirinin müavini Yanuş Pexoçinski deyib.

Y. Pexoçinski bildirib ki, bu gün Azərbaycan və Avropa vahid qlobal enerji bazarının yaradılmasında səylərini birləşdirir: “Azərbaycan və Cənubi Qafqazın bu prosesdə həlledici rolunu vurğulamalıyıq. Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Mənbələrin şaxələndirilməsi çox mühümdür. Polşa eyni zamanda marşrutların şaxələndirilməsi sahəsində uğurlu siyasət aparır. Hesab edirəm ki, sərgidə ilk dəfə iştirak edən şirkətlər işgüzar əlaqələri daha da dərinləşdirəcək”.

Qonaq qeyd edib ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində polşalılar tək Bakının memarlığında deyil, neft sənayesinin inkişafında da mühüm rol oynayıblar: “Biz Azərbaycanda çiçəklənən iqtisadiyyat olmasını arzulayırıq. Azərbaycan-Polşa əlaqələrinin dərinləşdirilməsində roluna görə prezidentə təşəkkür edirəm. Hər kəsi Azərbaycana sərmayə qoymağa dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR