İndoneziyada bərə batıb

İndoneziyada bərə batıb
# 18 oktyabr 2016 02:52 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Flores adası yaxınlığında bərə qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər bərənin göyərtəsində olan 142 sərnişin və 36 ekipaj üzvünü xilas ediblər.

İnsident nəticəsində bir neçə nəfər xəsarət alıb, tələfat yoxdur.

Məlumata görə, Mauemer şəhərindən Surabaya limanına yollanan bərə sualtı riflə toqquşaraq batıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR