Gənclər və idman naziri: “Audit təşkilatı büdcədən bir dollar kənara xərcləndiyini aşkarlasa, istefa verərəm”

Gənclər və idman naziri: “Audit təşkilatı büdcədən bir dollar kənara xərcləndiyini aşkarlasa, istefa verərəm”
# 11 iyun 2015 13:43 (UTC +04:00)

Bura idman yarışları ilə bərabər, idman təlimləri, idman avadanlıqlarının alınması daxildir. Dünyada tanınan istənilən audit təşkilatı bu büdcədən 1 dollar kənara xərcləndiyini aşkarlayarsa, vəzifəmdən istefa verərəm”.


APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin Birinci Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov “Əl-Cəzirə” telekanalının sualına cavabında deyib.

A. Rəhimov bildirib ki, Birinci Avropa Oyunları ilə bağlı araşdırma aparıblar: “Oyunların büdcəsi 960 milyon manat idi, sonra digər xərclərlə 1 milyard 34 milyon manat sərf olundu. Bütün ölkələrdə belə tədbirlər keçirilən zaman xərclər 30 faizə qədər artır. Manat 31 faiz devalvasiya olub, əslində biz əlavə vəsait istəmişik. Xarici mütəxəssislərə yüksək səviyyədə maaş ödənilir. Xərclərin digər hissəsi reklam və Olimpiya standartlarına uyğun idman obyektlərinə və informasiya texnologiyalarına sərf olunub. Büdcə açıqdır. Bunu istənilən təşkilata göstərə bilərik”.

Nazir qeyd edib ki, belә iri miqyaslı tәdbir investisiya tәlәb edir. Onun sözlərinə görə, Avropa Oyunlarına hazırlıq üçün Azәrbaycan qısa vaxtda sәfәrbәr olub: “Azәrbaycan çәtin mәrhәlәdәn keçib. Mәqsәd Azәrbaycanın dünya xәritәsindә yerinin möhkәmlәndirilmәsidir. Biz gәnc ölkәyik, dünyada Azәrbaycanın harada yerlәşmәsindәn xәbәri olmayanlar var. Bu kimi tәdbirlәrin mәqsәdi Azәrbaycan mәdәniyyәtini, tarixini, incәsәnәtini, mәtbәxini, insanlığımızı bütün dünyaya göstәrmәkdir. Oyunlar üçün yeni infrastruktur yaradılıb. Biz bundan sonra müxtәlif idman tәdbirlәrinә ev sahibliyi edә bilәrik. Bu oyunlar yeni idman növlәrini gәnclәrә göstәrmәk üçün әla fürsәtdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR