Baş nazirin müavini: “ANAMA-nın fəaliyyət göstərdiyi 19 ildə 2 insident baş verib, şəxsi heyət arasında itkilər olub”

Baş nazirin müavini: “ANAMA-nın fəaliyyət göstərdiyi 19 ildə 2 insident baş verib, şəxsi heyət arasında itkilər olub”
# 26 sentyabr 2017 08:38 (UTC +04:00)

“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fəaliyyət göstərdiyi 19 il ərzində 2 insident baş verib, şəxsi heyət arasında itkilər olub. Qeyd etməliyəm ki, digər ölkələrlə müqayisədə bu minimum itkidir”.

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov ANAMA - NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, Gələcəkdə Azərbaycanda İcra Olunacaq Etimad Fondu Layihələrinin Perspektivləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Baş nazirin müavini A. Şərifov qeyd edib ki, Azərbaycan hökuməti “Ceyrançöl” layihəsinin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR