Bakı Şəhər Halqası: BCC Marshal Mərkəzinin əməkdaşı iş zamanı insult nəticəsində vəfat edib

Bakı Şəhər Halqası: BCC Marshal Mərkəzinin əməkdaşı iş zamanı insult nəticəsində vəfat edib
# 23 may 2018 12:15 (UTC +04:00)

Su İdmanı sarayı ərazisində fəaliyyət göstərən BCC Marshal Mərkəzinin əməkdaşı Yusifov Asəf Fərəməz oğlu mayın 22-də iş zamanı qəflətən halı dəyişərək insult nəticəsində vəfat edib.

Bakı Şəhər Halqasından APA-ya verilən məlumata görə, A. Yusifov Su idmanı sarayında məşq etmir və məşq nəticəsində həyatını dəyişməyib.

"Buna görə də bəzi KİV-də həmin şəxsin guya məşq nəticəsində vəfat etdiyi barədə məlumat həqiqətə uyğun deyil", - deyə bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR