Bakıda 3 qardaşı bıçaqlayan şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib

Bakıda 3 qardaşı bıçaqlayan şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib
# 25 may 2018 15:00 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müseyib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M. Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 22-də Bakı şəhər sakini Ramin İbrahimova, qardaşları Ruslana və Rəhmana bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Müseyib Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR