® “Amrahbank”da talassemiyalı xəstə uşaqlar üçün növbəti qanvermə aksiyası keçirildi

<font color=red>® </font> “Amrahbank”da talassemiyalı xəstə uşaqlar üçün növbəti qanvermə aksiyası keçirildi
# 10 aprel 2017 11:34 (UTC +04:00)

Məlum olduğu kimi paytaxtımız Bakı şəhərində, Azərbaycanın regionlarında talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Yaşadığımız mühitdə mövcud olan belə ictimai-sosioloji problemlərə biganə qalmamaq məqsədi ilə ötən illərdə olduğu kimi Amrahbank ASC bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində "Azərbaycan Talassemiya Federasiyası" ilə birlikdə qanvermə aksiyası keçirdi.

Beynəlxalq Sağlamlıq Gününə təsadüf edən qanvermə aksiyası aprel ayının 7-də, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi 45A, 987-ci məhəllə ünvanında yerləşən "Amrahbank"ın baş ofisində təşkil olundu. Aksiyada Amrahbank kollektivinin üzvlərindən başqa, müştərilərin, qonaqların da aktiv iştirakı ilə 40-a qədər könüllü qan verdi.

Tədbirdə iştirak edən Amrahbank İdarə Heyətinin sədri cənab Emil Həsənov, aksiya iştirakçılarına Amrahbank adından öz təşəkkürünü bildirdi, qan donorluğu, xüsusilə korporativ donorluğun əhəmiyyətindən danışdı və belə sosial əhəmiyyətli korporativ tədbirlərin bundan sonra da davam etdiriləcəyini bir daha vurğuladı.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 23 filialı və bir şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir,, Bərdə, Gəncə, Masallı kimi regionlarını da əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR