ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib

ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə 30 milyon dollar yardım edib
# 26 sentyabr 2017 09:14 (UTC +04:00)

“Ceyrançöl layihəsi başlayandan ABŞ ona dəstək verib”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı və gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri" adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, ölkəsi layihənin üçüncü mərhələsinə keçməsini də dəstəkləyir: "Partlamamış hərbi sursatların günahsız insanlara necə təsir etdiyini görürük. Ərazilərin minalardan təmizlənməsinə indiyədək 30 milyon dollar töhfə verilib. Donor ölkələri ilə birgə 40 kv. km-dən çox çirklənmiş ərazi təmizlənib. ANAMA-nın töhfələri ölkənin hüdudlarından kənara çıxır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR